Bakıda 10 yaşlı uşaq itib - FOTO

img

17-12-2016 [19:33]


Bakının Əhmədli qəsəbəsində 10 yaşlı uşaq itib.

Bu barədə lent.az-a uşağın anası məlumat verib. 

Anası Arzu Abbasovanın sözlərinə əsasən, Amil günorta məktəbdən gəldikdən sonra həyətə velosiped sürməyə düşüb və bir daha geri qayıtmayıb: "Qardaşı da onunla olub. Lakin əli üşüdüyündən evə gəlib. Amil isə həyətdə qalıb”.

Ailə bu barədə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə məlumat verib. 

Amil Abbasov 95 saylı orta məktəbin 3-cü sinif şagirdidir. Şəkildəki uşağı görənlərdən 34 saylı polis bölməsinə məlumat vermək və yaxud (055)563-60-11 nömrəsinə zəng etmək xahiş olunur.



Digər xəbərlər
SON XƏBƏRLƏR