Kəmaləddin Heydərov qəza yerinə briqada göndərdi

img

16-12-2016 [14:50]


İtkin düşən neftçilərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissəsinin zabitləri də qoşulub.

Bu barədə hadisə ilə bağlı yaradılan Qərərgahdan məlumat verilib. Qeyd olunur ki, sahilboyu ərazilərdə, hadisənin baş verdiyi zonada FHN-nin N saylı hərbi hissəsinin əsgərləri vizual axtarışlar aparırlar.

Qeyd edək ki, dekabrın 15-də saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft” İB-nin N.Nərimanovadına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşən neftçilərin axtarışı davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR