Kəmaləddin Heydərovla Rövnəq Abdullayev neftçilərin itkin düçdüyü yerə getdilər

img

16-12-2016 [12:38]


Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev Xəzər dənizində "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması ilə əlaqədar hadisə yerindədirlər.

Hazırda onlar hadisə baş vermiş əraziyə baxış keçirərək itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə operativ müzakirə keçirirlər.

Xatırladaq ki, dekabrın 15-də Xəzər dənizində "Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində 10 nəfər neftçi itkin düşüb. Onlardan 2-sinin meyiti sudan tapılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR