Rusiyaya qarşı blokada davam edəcək - Aİ liderləri qərar verdi

img

16-12-2016 [10:51]


Avropa İttifaqı liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaların daha altı ay uzadılmasına dair razılığa gəliblər.

Müdafiə, energetika və maliyyə sektorlarını əhatə edən sanksiyaların uzadılması prosesinə gələn həftənin əvvəlindən başlanılacaq.

"Blumberq” Aİ nümayəndəsinə istinadən prosesin artıq dekabrın 16-dan başlanacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl Fransa və Almaniya liderləri Rusiyaya qarşı sanksiyaların uzadılacağını bildiriblər. Onlar qərarlarını Minsk razılaşmalarının icrasında irəliləyişin olmaması ilə əlaqələndiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR