Azərbaycan nefti ucuzlaşır - Bugünkü qiymətlər

img

16-12-2016 [10:38]


Dünya birjalarında neftin qiymətində artım müşahidə olunur.

 "APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,33 dollar artaraq 51,23 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barrelə görə 0,26 artaraq 54,28 dollar olub.

Azərbaycan nefti isə ucuzlaşmaqdadır. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,52 dollar və ya 2,71% azalaraq 54,65 dollar təşkil edib.

"Interfax" agentliyi xəbər verir ki, investorlar qeyri-müəyyənlik içindədir. Belə ki, bir tərəfdən OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı praktiki addımlar atır, digər tərəfdən Liviya və Nigeriya kimi iri hasilatçılar istehsalı artırır.

Küveyt öz alıcılarına bildirib ki, nəql etdiyi neftin həcmini azaldacaq. Beləliklə, Küveyt OPEC çərçivəsində əldə olunan razılaşmanın şərtlərinə sadiq qaldığını nümayiş etdirib.

Maraqlıdır ki, Liviya ən iri terminalından neft nəqlini bərpa etmək niyyətindədir. İki il öncə bu terminaldan neft nəqlini dayandırmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR