Partiya sədri dənizdə baş verən neftçi faciəsinə reaksiya verdi

img

15-12-2016 [23:17]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza zamanı dənizdə itkin düşən və həlak olan neftçilərlə bağlı narahat olub.

Bu barədə mia.az-a açıqlama verən partiya sədri baş verən hadisədən sarsıntı keçirdiyini dilə gətirib. 
O hesab edir ki, müvafiq orqanlar bu hadisənin baş vermə səbəblərini araşdırmalı və günahkarlar cəzalandırılmalıdır: "İtkin düşənlərin hamısının sağ-salamat tapılmasını arzu edirəm. Həlak olanların ailələrinə isə baş sağlığı verirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR