Mikayıl Cabbarov vətəndaşları qəbul etdi, nazirlik əməkdaşlarına tapşırıq verdi - İmişlidə

img

15-12-2016 [18:02]


Təhsil naziri Mikayıl Cabbarov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Təhsil Nazirliyindən verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərinin müraciətləri dinlənilib.

Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpaolunma, gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, təhsil haqqı və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR