Dənizdə növbəti faciəli qəza - estakada uçdu, 10 nəfər neftçi itkin düşdü

img

15-12-2016 [12:03]


Ötən gecə "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi dənizə uçub. 

Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər olmaqla) əməkdaşı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oktay Bayramovun verdiyi açıqlamaya görə, hadisə yerinə dərhal nazirliyin 2 "Vixr" gəmisi və xilasedicilər cəlb olunublar. 

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR