Universitetə yeni direktor təyin olundu

img

14-12-2016 [17:05]


Dosent Vazeh Əsgərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlının təqdimatı, Təhsil Nazirliyinin razılığı ilə universitetin nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinə (UFAZ) direktor təyin olunub.

ADNSU-nun İctimaiyyyətlə Əlaqələr və Marketinq Departamentindən "Report”a verilən məlumata görə, bu gün Vazeh Əsgərov universitet rəhbərliyinin iştirakı ilə kollektivə təqdim olunub.

UFAZ-ın direktorunu təqdim edən ADNSU rektoru onun təyinatının Strasburq Universiteti tərəfindən də təsdiqləndiyini qeyd edib.

V.Əsgərovun uzun illər ərzində Strasburq Universitetində təhsil aldığını və çalışdığını, bu səbəbdən fransız təhsil sisteminə yaxşı bələd olduğunu vurğulayan rektor M.Babanlı onun öz təcrübəsini UFAZ-da da tətbiq edəcəyini və universitetin statusunu daha da yüksəldəcəyinə inandığını bildirib.
Dosent Vazeh Əsgərov UFAZ-a direktor təyin olunması ilə bağlı ona göstərilən etimada görə təşəkkürünü ifadə edib və bu etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR