Prezident icra başçısı ilə bağlı sərəncam verdi

img

13-12-2016 [15:21]


Prezident İlham Əliyev Qubanın icra başçısı ilə bağlı sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, o, prezidentin 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının 1995-ci il və 2006-cı il tarixli sərəncamları ilə 2 dəfə "İgidliyə görə" medalı ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir övladı var.




Digər xəbərlər
SON XƏBƏRLƏR