Odlar Yurdu Universitetinin prorektoru məhkəmədə ifadə verib

img

13-12-2016 [15:12]


Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Ramin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs - Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyev ifadə verib. O, bu işdə təqsirləndirilən V. Vəliyevi ittiham edib. O bildirib ki, iş otağındakı seyfdə 219 min 900 ABŞ dolları oğurlanıb: "Bundan başqa, orda 94 min manat pul vardı. Bu pulu yalnız Vüqar Vəliyev görüb. Onlar bir neçə nəfər olublar, üzlərində maska olub. Universitetdəki çəkiliş kameralarını sıradan çıxarıblar".

M. Vəliyev deyib ki, seyfdə olan pullar tələbələrin təhsil haqqı olmayıb. Təqsirləndirilən Sübhan Mahmudov isə bildirib ki, onlar otaqdan başqa seyfi oğurlamalıydılar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından oğurluq etməkdə, ona ümumilikdə 429 min 172 manat dəyərində ziyan vurmaqda ittiham olunurlar.
APA


Digər xəbərlər
SON XƏBƏRLƏR