IX sinifi bitirməyən şəxslər üçün eksternat qaydasında imtahan keçiriləcək

img

13-12-2016 [15:03]


2017-ci ilin yanvarında müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün eksternat qaydasında imtahan keçiriləcək.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən təsdiq edilmiş "2016-2017-ci tədris ilində ümumi təhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumi təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı”na əsasən ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarının yeni təhsil proqramları (kurikulumları) üzrə birinci mərhələsinin keçirilməsi təmin ediləcək.

Bu məqsədlə eksternat qaydada ümumi orta təhsil haqqında sənəd almaq istəyən şəxslərin məlumatlarının fərdi identifikasiya nömrəsi (FİN) əsasında 15 yanvar tarixinədək "Şagird-məzun” sisteminə daxil edilməsi nəzərdə tutulub. Ümumi orta təhsil kursu üzrə eksternat qaydada imtahanlarda iştirak etmək üçün 16 yaşı tamam olmuş şəxslərin ərizə qəbulu 19-30 dekabr tarixlərində hər həftənin I-V günləri saat 09:00-dan 18:00-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

Tam orta təhsil səviyyəsi üzrə (XI sinif) eksternat qaydasında imtahanların tarixi haqqında əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR