İlham Əliyev, ailə üzvləri və PA mənsubları Fəxri Xiyabanda! - VİDEO

img

12-12-2016 [14:41]


Bu gün prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Fəxri Xiyabana gəlib, mərhum lider Heydər Əliyevin məzarını ziyarət edib.

Mia.az xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb. 

Ziyarətdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR