“Qara bazar”la bağlı cinayət işi açıldı

img

12-12-2016 [11:52]


"Qara valyuta bazarı" ilə bağlı cinayət işi qaldırılıb, saxlanılanlar var.

Mia.az trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib. M.Quliyev qeyd edib ki, bununla əlaqədar bu gün cinayət işi aparılır: "Müəyyən şəxslər artıq saxlanılıb, müəyyən şəxslərin adı həmin cinayət işində keçir".

General-leytenant əlavə edib ki, bu istiqamətdə qətiyyətli addımlar atılır və atılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR