Umud Rəhimoğluna ağır itki üz verdi...

img

07-12-2016 [21:25]


Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini, KİVDF-nin Müşahidə Şurasının sədri Umud Rəhimoğluna ağır itki üz verib.

Mia.az xəbər verir ki, Umud Rəhimoğlunun atası Rəhim Mirzəyev bu gün vəfat edib.

Mərhum sabah Fizuli rayonunun Aşağı Abdulrəhmanlı kənd qəbirstanlığında dəfn olunacaq.

Mia.az-ın kollektivi Umud Rəhimoğluna, atasının vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR