“Şamaxıda baş verən sürüşmə aktiv fazadadır, hələ başa çatmayıb” - ETSN

img

07-12-2016 [15:14]


"Şamaxıda baş verən sürüşmə aktiv fazadadır, hələ sürüşmə başa çatmayıb".

Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

O xatırladıb ki, Şamaxı-Çuxuryurd-Qızmeydan avtomobil yolun 2,4 və 6-cı kilometrliyində noyabr ayında da sürüşmə və çökmə prosesləri baş verib: "Noyabr ayında baş verən sürüşmə prosesinin parametrləri nisbətən kiçik idi. Nazirliyin əməkdaşları həmin əraziyə baxış keçirmişdilər. Proqnoz vermişdik ki, sürüşmə davam edəcək, çünki aktiv fazada yerləşirdi”.
S.Əmiraslanovun sözlərinə görə, qeyd olunan ərazidə olan sürüşmə hələ də başa çatmayıb: "Ərazidə nəqliyyat vasitələrinin hərəkətində maneə olmasa da, gecələr həmin ərazi təhlükəli ola bilər, çünki sürüşmə prosesi yamaca doğru irəliləyir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR