“Dövlət aparatında artıq strukturlar ləğv olunsun!” -Siyavuş Novruzov

img

07-12-2016 [14:30]


Millət vəkili Siyavuş Novruzov Milli Məclisdə büdcə müzakirələri zamanı aztəminatlı ailələrin sosial vəziyyətindən danışıb.

Millət vəkili qeyd edib ki, aztəminatlı ailələr nəzərə alınmalıdır: "Əgər hardansa nəsə kəsilirsə, aztəminatlı ailələrin hesabından heç nə kəsilməməlidir. O cümlədən şəhid ailələri, müharibə veteranları da nəzərdə tutulmalıdır. Onların işlə təminatına diqqət yetirmək vacib olan şərtlərdən olmalıdır. Sosial qanunvericilikdə müddəa var ki, müharibə veteranları, şəhid ailələri, qaçqınlar ən sonda ixtisara salına bilər. Amma təəssüflər olsun ki, harda ixtisar başlayırsa, elə birinci onlardan başlayırlar. Bu da bilavasitə qanunvericiliyin pozulmasına gətirib çıxarır”.

Millət vəkili eyni zamanda diplomatik korpusların bağlanmasından da danışıb. O bildirib ki, diplomatik korpusların açılışı Milli Məclisin qərarı ilə olur: "İndi bunların bağlanması məsələsi diqqətlə ölçülüb biçilməlidir. Məsələn, Özbəkistan Azərbaycanın strateji tərəfdaşıdır. Bizim Özbəkistanda hərbi attaşe vəzifəsi ixtisara salınıb. Onlar heç cür başa düşə bilmirlər ki, bu nəyə görə ixtisara salınıb? Vəsait çatmır, ona görəmi ixtisara salınır? Bunu Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi ölçüb biçməlidir.

Bundan əlavə, dövlət aparatında kifayət qədər struktur islahatı aparılmalıdır. Artıq strukturlar ləğv olunmalıdır. Ordan gələn vəsait Azərbaycanın digər problemlərinin həllinə yönəldilməlidir”.
"Qafqazinfo”

Digər xəbərlər
SON XƏBƏRLƏR