“Kreativ Gənclər” layihəsinin icrası Maştağa qəsəbəsində davam edir - FOTO

img

06-12-2016 [01:03]


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2016-cı ildə keçirdiyi 9-cu Qrant müsabiqəsinin qalibləri sırasında " Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi də olub.

Bu barədə Mia.az "Oriqami” Uşaq və Yeniyetmələr ictimai birliyinin sədri Namiq Nəcəfov məlumat verib.

Onun sözlərinə görə, "Oriqami” təşkilatı 2001-ci ildə təsisi edilmiş, 29/12/2003-cü ildə Azərbaycan Pespublikası Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatına alınıb:

"İctimai birliyin əsas məqsədi uşaq və yeniyetmələrin eləcə də onların əlil həmyaşıdlarının təhsilə maraqlarını artırmaq, asudə vaxtını təşkil etmək, intellektual inkişafına kömək etməkdir.

Ictimai birlik uşaq və yeniyetmələrin mənəvi inkişafını və yaradıcılıq tələbatını təmin etmək üçün oriqami məşğuliyyətini əlverişli vasitələrdən biri hesab edir və oriqami – kağız incəsənətini məktəblilər ,gənclər arasında geniş təbliğ edir.Oriqaminin imkanları unikaldır. O, maraqlı oyun və gözəl əyləncə vasitəsi olmaqla yanaşı həm də müalicəvi bərpa-inkişaf funksiyaları daşıyır.

Oriqami, sağlamlığında məhdudiyyəti olan uşaqların – xüsusi ilə əqli inkişafında geriliyi olan uşaqlar nəzərdə tutulur,psixo-sosioloji bərpa-inkişafına pozitiv təsir göstərir. Onlarda kiçik motorika bacarıqlarını artırır, koqnitiv funksiyaları- yaddaşı,hafizəni möhkəmlədir, şüuru inkişaf etdirir,iradi hərəkətlərin kəmiyyətini çoxaldır və ya yenilərini doğurur. Oriqami ilə məşğul olan hər bir fərd adi kağızdan öz əli ilə qatladığı flora və fauna nümunələrindən,müxtəlif geyim, əşya, gül, heyvan,quş fiqurlqrından estetik zövq alır, qabiliyyət və bacarığını artırır, dünyagörüşünü genişləndirir, təhsilə marağı gücləndirir.

Hal-hazırda "Oriqami” Uşaq və Yeniyetmələr ictimai birliyinin müraciətinə cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin 03.11.2016-cı il tarixli №7886-01/11 icazəsi əsasında Sabunçu rayonu Maştağa qəsəbəsində "Kreativ Gənclər” layihəsinə start verilmişdir. "Kreativ Gənclər” layihəsi çərçivəsində 108,187, 209, 255, 293 nömrəli tam orta məktəblərdə pedaqoji heyətlə və şagirdlərlə görüşlər keçirilmişdir,məktəb kontingentinin sosial tərkibi barəsində məlumatlar toplanmışdır. Həmin məktəblərdə layihənin təqdimatı böyük maraq doğurmuşdur.VIII, IX-XI-ci sinif şagirdləri ilə keçirilən görüşlərdə peşə seçimi, idmanla məşğulluq-sağlam həyat tərzi, yeni informasiya texnologiyalarından istifadə, ictimai həyatda gənclərin rolu, xüsusi ilə qızların ictimai mövqeyi, barəsində fikir mübadiləsi edilmişdir. Məktəblərdə təşkil olunmuş görüşlər zamanı "Kreativ Gənclər” layihəsi çərçivəsində görüş iştirakçılarının bir qisminə 50 nəfər şagirdə - xüsusi dəftərxana dəstləri – təsvirli çanta, təsvirli döş nişanı, təsvirli qeyd dəftərçəsi, təsvirli qələm - hədiyyə edilmişdir".

Birlik sədri deyib ki, "Kreativ Gənclər” layihəsinin icrası Maştağa qəsəbəsində davam edir:

"Yeniyetmə və gənclərlə neçe- neçə yeni görüşlər, sosial reabilitasiya və adaptasiya istiqamətində, asudə vaxtın innovativ məzmunda təşkili tədbirləri hələ irəlidədir".



Digər xəbərlər
SON XƏBƏRLƏR