Bakıda zavoda basqın olub, mühafizəçilərə ağır xəsarət yetirilib

img

05-12-2016 [10:42]


Bakıda zavoda basqın olub. 

Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Sahil qəsəbəsi ərazisində yerləşən zavoda basqın edən 4 nəfər oranın mühafizəçiləri - 1990-cı il təvəllüdlü Ruslan Qərib oğlu Hacıyevi bıçaqlayıb, digər mühafizəçi, 1993-cü il təvəllüdlü Rəhim Arif oğlu Rəhimovun başına küt alətlə vurublar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axytarışları davam etdirir.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR