Zaqatalada tibb bacısı döyülərək, komaya salındı - Polis araşdırmaya başladı

img

04-12-2016 [17:31]


Zaqatalada qonşusu tərəfindən vəhşicəsinə döyülən  tibb bacısı komaya düşüb. 

Zaqatala Mərkəzi Rayon  Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün saat 10:30 radələrində Zaqatala şəhəri "Kür-Araz" adlanan yaşayış massivində yaşayan, 1962-ci il təvəllüdlü Xədicə Herov qızı Muradova travmatik şok vəziyyətdə və ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
 
Müayinə zamanı məlum olub ki, bir uşaq anası olan və Zaqatala MRX-nın poliklinika şöbəsində tibb bacısı vəzifəsində işləyən X. Muradova qonşusu İbrahim adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb.
 
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə səhər saatlarında X. Muradovanın yaşadığı ünvanda baş verib.  X. Muradovanın qonşuluğunda yaşayan və uzun müddətdir ki, əsəb xəstəliyindən əziyyət çəkən İbrahim adlı şəxs hələ ki istintaqa məlum olmayan səbəbdən qadını vəhşicəsinə döyüb, ona ağır bədən xəsarətləri yetirərək hadisə yerini tərk edib. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR