Çevrilişə cəhdin planı İncirlikdə hazırlanıb - Türkiyədəki çevriliş və rus təyyarəsinin vurulması haqda yeni iddia

img

04-12-2016 [14:22]


"Su-24 qırıcısını vurmaq üçün nə prezident, nə də baş nazir əmr verib".

Bunu Rusiya Elmlər Akademiyasının Şərq İnstitutu araşdırmaçısı Ruslan Qurbanov deyib.

Onun sözlərinə görə, göstərişi İncirlik bazasında növbətçi olan bir polkovnik verib. Rusiya kəşfiyyatı həmin polkovnikin Gülənin adamı olduğunu aşkar edib:

"Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra xalqın NATO ilə bağlı düşüncələri ortaya çıxdı. Çevrilişə cəhdin planı İncirlikdə hazırlanıb. Türkiyə bu təhlükəni indi də hiss edir. Ancaq Ankaranın NATO-dan ayrılacağını demək doğru olmaz.

Gülənin cəmiyyətdə yaratdığı təşkilat iqtidarın mərkəzinə çatdı. Burada təşkilata ABŞ-dan güclü yardım gəlirdi. Təşkilat əslində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bir qoludur. On illərdir dövlətə sızdılar. Gülənin ABŞ-da yaşamasına da MKİ yardım etdi”.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub