Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı teleaparıcı arasında - QALMAQAL (VİDEO)

img

03-12-2016 [22:59]


Ötən gün müğənni Nərgiz Hüseynli yeni klipini jurnalistlətə, mədəniyyət və incəsənət nümayəndələrinə təqdim edib.

Mia.az-ın məlumatına görə, tədbirin aparıcısı müğənni Mirfərhad Həbibi layihə ilə bağlı ətraflı məlumat verdikdən sonra, klipə baxılıb.

N.Hüseynlinin ifa etdiyi sözləri və musiqisi Arif Səlimova məxsus olan "Əllərimdən tut” adlı yeni mahnıya çəkdirdiyi klipdə tərəf müqabili Azərbaycanın fəxri mədəniyyət işçisi, aktyor Rüfət Nəzər olub.

Klipin rejissoru Rəhman Əliyev, operatoru Delee-dir. Mahnının aranjeman müəllifi Elvin Musayev, səs rejissoru Hatəm Nəbioğludur.

Ümumiyyətlə, bu layihənin ərsəyə gəlməsində xüsusi əməyi keçənlərdən biri də müğənni Mirfərhad Həbibidir. Belə ki, o, layihənin prodüseridir.

Mahnı dinləyənlərin ürəyincə olsa da, klip izləyicilər arasında birmənalı qarşılanmayıb. Belə ki, teleaparıcı Vüsalə Şahvəliqızı klipi bəyənməyib: "Gözəl lirik mahnıdır. Amma mahnı klip ilə vəhdət təşkil etmir. Klip mahnının kölgəsində qalır”.

Teleaparıcının bu sözlərinə əməkdar artist Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı, rejissor Rəhman Əliyev ironik cavab verib:

"İki cür klip var: "sevgilisinin” hesabına çəkilən və şəxsi hesabına çəkilən klip. Bu klip bəzi müğənnilərin "sevgililərinin” hesabına çəkdirdiyi kliplərlə müqayisədə onunla fərqlənir ki, bu, "sevigilinin” deyil, halal zəhmətlə qazanılmış şəxsi hesaba çəkilib”.

Tədbirin yaddaqalan məqamlarından biri də səbəbkarın mahnını canlı ifa etməsi və bu mahnını aktyor Rüfət Nəzərlə rəqs etməsi olub.

Tədbir zamanı qonaqların əhatəsində şirniyyat kəsilib.

Tədbirdə əməkdar artist Səlim Abbasov, prodüserlər Sayqa Cahid, Roland Bayramov, Sona Dərya (oğlu Cahangirlə), müğənnilər Səbinə Selcan, Dəniz, Azər Məmmədli, Rasim Mustafazadə, meyxana ifaçısı Yaşar Qafan, repper Bəhlul və başqaları iştirak ediblər.

Məlumat üçün bildirək ki, müğənni Nərgiz Hüseynli mərhum sənətçi, əməkdar artist Məhəbbət Kazımovun tələbəsi olub.




Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR