İlham Əliyev və xanımı "Aprel döyüşləri"ndə zərər görən kəndlərə gediblər

img

03-12-2016 [17:10]


Dekabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu ilin aprelində Ağdam rayonunun yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ziyan dəymiş evlərin tikintisi, bərpası və təmiri işlərinin vəziyyəti ilə maraqlanıblar.
 
APA-nın məlumatına görə, dövlət başçısına və xanımına məlumat verilib ki, hərbi əməliyyatların getdiyi dövrdə Ağdam rayonunda 50 ev müxtəlif dərəcədə dağıntılara və zədələnmələrə məruz qalıb. Ziyan görən evlərdən 8-i son dövrdə həyata keçirilən tədbirlər nəticəsində yenidən tikilib, 15-i bərpa olunub, 27-si isə təmir edilib.
 
Prezident və xanımı Ağdamın Mahrızlı kəndində Bakir Hüseynovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış olublar.
 
Sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR