Bu qurumlarda rəsmi yoxlama aparılıb - Materiallar kollegiya iclasına çıxarıldı

img

02-12-2016 [19:15]


Bu gün Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Mia.az Palataya istinadən xəbər verir ki, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub:

1. Dünya Bankının krediti cəlb edilməklə həyata keçirilən "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” Layihəsi üzrə vəsaitlərin istifadəsinə dair; 

2. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinin "Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən maliyyələşən suvarma sistemləri idarələrinin fəaliyyətinin, suvarma suyunun Sudan İstifadəedənlər Birliklərinə (SİB-lərə) və su istehlakçılarına satışının vəziyyətinin təhlilinin nəticələrinə dair; 

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı da dinlənilərək, müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR