"Problemləri Avropa Birliyi yaradıb" - Türkiyədən rəsmi açıqlama

img

02-12-2016 [18:14]


"Avropa Birliyi liderləri Türkiyə ilə münasibətləri pisləşdirməyəcəklər".

Bunu jurnalistlərə açıqlamasında Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş söyləyib. 

Ankaranın hər zaman götürdüyü öhdəliklərə sadiq qaldığını deyən Qurtulmuş problemləri Avropa Birliyinin yaratdığını söyləyib:

"AB hər zaman Türkiyəyə qarşı siyasətində ikili standartlardan istifadə edib. Biz miqrant razılaşması ilə bağlı bütün öhdəliklərimizi yerinə yetirmişik”.

Qeyd edək ki, noyabrın 24-də Avropa Parlamenti Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqların müvəqqəti dondurulması haqqında qərar qəbul edib.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR