02-12-2016 [16:20]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov prokurorun suallarını cavablandırıb. O deyib ki, nazirliyin əsasnaməsi əsasında fəaliyyət göstəriblər:
"Nazirliyin maliyyə mənbələri təsərrüfat hesablıdır. Bu nazirlik ölkəyə valyuta ehtiyatı gətirib. Mən işləyən dövrdə gəlir 100 milyon manata qalxıb. Direktor kimi əsas vəzifəm ondan ibarət idi ki, nazirliyin rəhbərliyinin göstərişini icra edim. Mənə deyilən hər şeyi qanun çərçivəsində yerinə yetirmişəm".
O, təsis etdiyi voleybol klubunun haradan maliyyələşdiyinə də aydınlıq gətirib:
"Nazirliyin kollegiya qərarı ilə klubun xərcləri "Azintelekom" MMC-nin hesabına verilirdi. Bu məsələ cəmiyyətə həvalə olunmuşdu. Sənədləşdirilməsi mümkün olmayan xərclərin üzərinə qayıtmaq istəmirəm. Mən verilən pulları özümə istifadə etməmişəm, hər şeydən Vidadi Zeynalovun xəbəri olub. Mən nazir Əli Abbasovun tapşırığı ilə hər ay 50 min manatı Vidadi Zeynalovdan alırdım. İstintaqda göstərilən pullar isə qardaşım ödəyib. Voleybol sahəsini idarə etmək çətin idi, xeyli xərc tələb olunurdu".
Prokurorun "AKEY" MMC-nin əməkdaşı Elmar Hüseynovu tanıyırsınızmı?" sualına C. Cəfərov belə cavab verib: "Onunla bir neçə dəfə görüşmüşəm. Mənə klub üçün pul verirdi. Mən də nazir Əli Abbasovun tapşırığı ilə hər ay pulun 29 min ABŞ dollarını data sisteminə, 50 min dollarını klubun xərclərinə, 300 min dollarını isə Vidadi Zeynalova verirdim. Hesab edirdim ki, bu paketlər qeyri-qanuni deyil. Mən cinayət etməmişəm, yalnız dövlət və millətim üçün iş görmüşəm".
Vəkilin sualını cavablandırın C. Cəfərov deyib ki, "Cartburg NC” şirkəti ilə müqavilə bağlanılıb əməkdaşlıq edilməsini birbaşa ona rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tapşırıb: "Nazir qiymətlərə, trafikin aylıq həcminə və keyfiyyətinə də daim özü nəzarət edib. Bu məsələ bizdə daim izlənilirdi".
"Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev də özünü təqsirli bilməyib, qeyd edib ki, rəhbərlik etdiyi cəmiyyətin bölgələrdə olan poçt xidmətlərinin bərpası üçün nazirlik və dövlət tərəfindən vəsait ayrılıb: "Bu vəsait ayrılandan sonra tender keçirilib, iş görən şirkətlərlə müqavilə bağlanıb. Amma bunların heç birində mənim iştirakım olmayıb. Nazirlik maliyyə ayrandan sonra nazir Əli Abbasov təklif etdi ki, müəyyən işçilərə paket şəkilində maaş verilsin. Mən Əli Abbasovdan xahiş etdim ki, paket yox, maaşları qaldırsın. Bu xahiş nəzərə alındı və mənim 300 manatlıq maaşım 1300 manata qaldırıldı".
Onun sözlərinə görə, bütün fəaliyyətini qanun çərçivəsində qurub və nazirliyin aparat rəhbəri Vidadi Zeynalova hər hansı şəkildə pul verməyib.
Proses dekabrın 7-də davam etdiriləcək.
APA
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb