AMEA Botanika İnstitutunda maarifləndirici seminar keçirilib - FOTO

img

02-12-2016 [14:49]


AMEA Botanika İnstitutunda "Elmi tədqiqatlar üçün elektron məlumat bazalarından səmərəli istifadə” movzusunda maarifləndirici seminar keçirilib.

İnstitutdan Mia.az-a daxil olan məlumata görə, seminarda Botanika İnstitutu Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov İnstitutun  alim və mütəxəssislərini elmi tədqiqat işlərinin hazırlanması zamanı "Web of Science” və "Scopus” kimi qlobal məlumat bazalarının imkanları və əsas elementlərindən səmərəli  istifadə qaydaları ilə tanış edib.

Seminarda qlobal elmi bazaya çıxış təmin edən "Web of Science” Məlumat Platformasına daxil olan aparıcı beynəlxalq elmi nəşrlərin seçilməsi qaydaları izah edilib. AMEA-nın elmi müəssisələri, o cümlədən Botanika İnstitutu üçün də istfadəyə açıq olan "Web of Science” saytında və elmi istinadların məlumat bazası axtarış vasitələrindən səmərəli istifadə yolları əyani olaraq göstərilib.

Qeyd edək ki, cari ilin oktyabr ayında AMEA ilə "Thomson Reuters” təşkilatı arasında imzalanmış müqaviləyə əsasən  AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çox sayda alim və mütəxəssisləri üçün "Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən ("Web of Science”) istifadə imkanları yaradılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR