Soso gəlişinin mənfi mənəvi təsirini psixoloji heçə endirmə... - İlqar Altay

img

02-12-2016 [14:48]


İlqar ALTAY

Gürcü müğənni Soso, Azərbaycana heç sayğı qoymadan getdi, Dağlıq Qarabağa ermənilərə konsert verdi. Qarabağı erməni torpağı kimi tanıdı. Azərbaycan isə haqlı və qanuni olaraq ona bizim ölkəyə girişinə qadağa qoydu. Sonra isə könlünə Bakıda konsert vermək keçdi və onu da etdi. Üstəlik də üzr əvəzində dedi, yaxşı eləmişəm, mən kişi adamam, özüm bilərəm, harada konsert verib verməməyi...

Həyatda bəzən heç nədən çəkinmədən bildiyini edən, daim inadla axına qarşı gedən kişi və ya kişi görüntülü insanlar olur. Buna söz yox.. Bəlkə də döğrudan Soso erkək də belə nadir hünərli tiplərdəndir.. Bunu təsdiq etmək və bizi də arxayın etmək üçün qoy Soso qardaş daha bir "kontrolnıy" hünər də göstərsin.

Getsin, Cənubi Osetiyada oranı müstəqil kimi tanımaqla bir konsert versin. Qayıdıb, Bakıdakı hünər və saymazlıqla öz doğma Tiflisində də bir konsert versin. Bunu edə bilsə və buna da hünəri çatsa, Sosoya halaldı. Deyərik ki, Bakıdakı hünəri öz hünəridir, kimlərinsə hesabına qurama deyil. Getməsə (getməz, gedə bilməz!), buna hünəri çatmasa, onda heç, batdı...

Ya aydın olacaq ki, Bakıya bu cür addımı hər zaman hər yerdə ata bilən bir fövqəl "superman" gəlib! Bunu ona keçmək olar.. Ya da, nüfuzlu, hörmətli bir azərbaycanlımızın böyründə, öz sahibi hesabına hürən bir tula gəlib. Bunu da ona keçmək olar... Belə bir psixoloji məqamla Sosonun heysiyyatımız və qürurumuza toxunan hərəkətinin mənəvi təsirini heçə endirib, vacibliyini də qapadırıq. Vəssalam.

Kimin imkanı varsa hər hansı bir vasitə ilə bu real şərti-təklifi çatdırsın Soso qardaşa. Desin ki, kişiliyin varsa bunu da et, baxaq. Özüm də bir müəyyən kanalla, Moskvada da olsa, çatdıracam, qoy bilsin. Ciddi sözümdür...



Digər xəbərlər
SON XƏBƏRLƏR