AMEA-dan açıqlama: "Botanika İnstitutu II Bilik Sərgisinə dəstək olub"

img

02-12-2016 [14:44]


AMEA Botanika İnstitutu Bakı İstedadlar Təhsil Kompleksində (BİTK) Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən II Bilik Sərgisinə dəstək olub.   

AMEA Botanika İnstitutu İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Məhsəti Qurbanova Mia.az-a bildirib ki, şagirdlərdə botanika elminə marağın artırılması məqsədilə Botanika İnstitutunun elmi nailiyyətlərini əks etdirən bitki mənşəli təbii ekstraktlar, boyaq maddələri və dərman bitkiləri nümayiş olunub. 

"Qlobal İstiləşmə İqlim dəyişikliklərinə həsr olunan bilik sərgisində şagirdlər təbiət fənləri üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işlərlə nümayiş etdirmək imkanı əldə ediblər. Kompleksin 7-10-cu sinif şagirdlərinin iştirakı ilə 35-dən çox müxtəlif mövzuda layihələr təqdim olunub. İki kateqoriya üzrə keçirilən müsabiqədə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d. Esmira Əlirzayeva və Botanika İnstitutu Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov Ekologiya kateqoriyası üzrə təqdim olunan layihələrin qiymətləndirilməsində juri kimi iştirak ediblər".



Digər xəbərlər
SON XƏBƏRLƏR