“Şah və Mat” layihəsi çərçivəsində keçirilən çempionata yekun vuruldu

img

02-12-2016 [14:31]


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, dəstəyilə 26 noyabr 2016-ci il tarixində Sumqayıt şəhərində "Şah və Mat” layihəsi çərçivəsində məktəblilər arasında keçirilən şahmat çempionatına yekun vuruldu. 

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Ağazadə Zaur yarışın məqsəd və nəticələrini qeyd etmiş və ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, şahmat oyunun fərqli düşünmənin, uzaq-görənliyin, təhlil etmə qabiliyyətinin və kreativliyin inkaşıfına müsbət təsirindən danışmış, iştirakçılara uğurlar arzulamışdır. 

 Yarışmadan öncə məktəblilərə təlim keçilmiş, italyan, isveçrə şahmat oyunları və taktiki gedişləri barədə məlumat verilmiş, mühüm gedişlər, dünya təcrübəsi, oyun zamanı buraxılan səhvlər izah edilmişdir. Yarışma olimpiya sistemi üzrə 100 nəfər iştirakçı arasında keçirilmiş və 4 saata yaxın gərgin mübarizə davam etmişdir. 

Yarışmada iştirak edən, lakin yer tutmayan məktəblilərə iştirakına görə sertifikat verilmişdir. Qaliblərə isə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR