Sabah hava necə olacaq? - Nazirlik açıqladı

img

02-12-2016 [12:38]


Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var.
 
Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturunun yarımadada gecə  3-6° isti, gündüz  8-12° isti, Bakıda gecə  4-6° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. 
Nisbi rütubət gecə 80-90%, gündüz 65-75% təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR