"Azərsu"da rəis təyinatları - İdarə rəhbərlərinin yerləri dəyişdirildi (SİYAHI)

img

01-12-2016 [15:53]


"Azərsu" ASC-nin Bakını əhatə edən rayon Su-Kanal idarələrində rotasiya qaydasında dəyişiklik aparılıb.

Bu barədə Mia.az-a ASC-nin əməkdaşlarından biri məlumat verib.

Onun sözlərinə görə, dəyişikliklər rotasiya xarakterlidir: 

"Artıq rayon su-kanal idarələrinin rəisləri yeni iş yerlərinə təyinatları ilə bağlı şirkətə dəvət olunublar. Onlara kimin hansı rayona göndəriləcəyi bildirilib. Yəqin ki, ən uzağı həftənin 1-ci gününə qədər təyinatlar rəsmən elan olunacaq.

O ki qaldı yerdəyişmələrə, Xətai Su-kanal idarəsinin rəisi Rövşən Əliyev Nərimanova, Binəqədinin rəisi Mehman müəllim Yasamala, Yasamalın rəisi Elnur Əliyev Bağlar idarəsinə, "Bağlar"ın rəisi İlqar müəllim Binəqədiyə, Nərimanovun rəisi Əhliman müəllim Qaradağ Su-Kanal İdarəsinə rəis təyin ediliblər. 

Dediyim kimi, onlar ən geci qarşıdakı həftənin birinci günü yeni iş yerlərində fəaliyyətə başlayacaqlar".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR