Putindən Trampa xəbərdarlıq: "Bu, cəhdlər olduqca təhlükəlidir"

img

01-12-2016 [15:26]


"Rusiya ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlıq etməyə hazırdır. Münasibətləri bərabərhüquqlu əsasda inkişaf etdirmək vacibdir. Qlobal və regional problemlərin həllində Rusiya-ABŞ dialoqu bütün dünyanın marağına cavab verir".

 Bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətində bildirib.

 O qeyd edib ki, Rusiya ilə ABŞ beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin olunmasında ümumi məsuliyyət daşıyır. 

"Strateji pariteti sındırmaq cəhdləri olduqca təhlükəlidir və bu qlobal fəlakətə gətirib çıxara bilər. Bunu bir saniyə belə unutmaq olmaz", – deyə Putin vurğulayıb.  

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR