“Akula Akif” haqda cinayət işi dayandırıldı

img

30-11-2016 [10:54]


"MTN işi” üzrə axtarışa verilən Akif Mustafayevin ("Akula Akif”) barəsində olan cinayət işi üzrə icraat dayandırılıb.

Mia.az APA-ya istinadən xəbər verir ki, A. Mustafayev haqqında axtarış elan edildiyi üçün onun barəsindəki cinayət işi üzrə icraatın dayandırılmasına qərar verilib. O, tapılıb istintaqa təhvil verildikdən sonra istintaq davam etdiriləcək. Akif Mustafayev keçmiş təhlükəsizlik naziri Eldar Mahmudovun "sağ əli” kimi tanınır.

Qeyd edək ki, bir müddət əvvəl "Akula Akif” ləqəbi ilə tanınan A. Mustafayevin İspaniyanın Loret-de-Mar şəhərində saxlanılması haqqında xəbər yayılıb. Onun vəkili Abbas Atakişiyev A. Mustafayevin saxlanıldığını təsdiqləsə də, sonradan buraxıldığını deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR