Şriftin ölçüsü / 195 dəfə oxunub

“Şah və Mat” layihəsinin ilk turu keçirildi

29 Noyabr 2016 [13:11]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, dəstəyilə 25 noyabr 2016-ci il tarixində Sumqayıt şəhərində "Şah və Mat” məktəblilər arasında şahmat yarışı layihəsi çərçivəsində şahmat yarışı keçirilib. 

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Ağazadə Zaur yarışın məqsəd və nəticələrini qeyd etmiş və ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan danışıb. 

Layihənin məqsədi gənclər arasında şahmat oyununa marağın artırılması, bu istiqamətin həyata keçirilməsində məktəblilərin intellektual inkişaf səviyyəsinin yüksəldilməsi, asudə vaxtının təşkili, Sumqayıt şəhərində intellektual yönümlü müsabiqə və yarışların kütləviləşməsi, bu tip tədbirlərə məktəblilərin daha geniş şəkildə cəlb edilməsi, onların ictimai fəallığının artırılması və özlərinə inam hissinin formalaşdırılması kimi məqsədləri qarşıya qoymuşdur. Yarışmadan öncə məktəblilərə təlim keçilmiş, mühüm gedişlər, dünya təcrübəsi, oyun zamanı buraxılan səhvlər izah edilmişdir. Yarışma olimpiya sistemi üzrə 100 nəfər iştirakçı arasında keçirilmiş və 4 saata yaxın gərgin mübarizə davam etmişdir.


SON XƏBƏRLƏR