Tarif Şurasının qərarı fərdi yaşayış evlərini ucuzlaşdıracaq

img

29-11-2016 [10:40]


Azərbaycanda kommunal xidmət tariflərinin artırılması fərdi yaşayış evləri -villa, bağ, həyət evləri kimi daşınmaz əmlakın qiymətinə mənfi təsir göstərəcək.

Sadalanan kateqoriyaya aid edilən evlər Tarif Şurası tərəfindən nəzərdə tutulan sosial siyasətlə qorunan əhali qrupuna aid edilməyəcək. Belə ki, analitik qrupun fərdi yaşayış evləri üzrəapardığı monitorinq aylıq ortalama qaz sərfiyyatının təxminən 800-1 000 kubmetr, elektrik sərfiyyatının isə 700-1 000 kVt/saat olduğunu müəyyən edib. Bu da Tarif Şurasının köhnə qiymətlərlə nəzərdə tutduğu qaz istifadəsi üçün müəyyən etdiyi (illik 1500 kubmetr) limitin maksimum 2aya, elektrik enerjisi limitinin (250 kVt/saat) isə hər ay keçiləcəyini göstərir.

Analitik qrup fərdi yaşayış evləri kateqoriyasına aid edilən evlər arasında ən çox bağ evlərinin mənfi təsirlə üzləşəcəyini proqnozlaşdırır. Belə ki, bağ evləri dənizə yaxın (yüksək rütubət) olduğuna görə,bu evlərdə qış aylarında qazdan davamlı olaraq istifadə zəruridir. Bu da öz növbəsində bağ evlərinin aylıq xərcini kəskin artıracaq: "Təxmini hesablamalar göstərir ki, qiymət artımından sonra bağ evlərinin aylıq xərci xeyliyüksələcək. Bura orta ölçülü bir bağ üçün 150 manat qaz pulu, 100 manat işıq pulu, 300-500 manat bağın saxlanması xərcləridaxildir. Yəni, hər ay təxminən 500-750 manat vəsait xərclənəcək. Bu səbəbdən bağ evlərinin qiyməti onun maya dəyərindən asılı olmayaraq əhəmiyyətli dərəcədə ucuzlaşacaq".

"Qeyd edək ki, bağ evləri əsasən yay aylarında 3-5 ay istifadə olunur. Lakin il boyu istifadə olunanbağ evlərininillik xərci təxminən 10 000 manat həddini üstələyəcək. Bu da yay aylarında bağı kirayə götürmək variantının daha münasib olduğunu göstərir", - deyə ekspertlər qeyd ediblər.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR