Komitədə yeni təyinatlar oldu - SİYAHI

img

28-11-2016 [19:29]


Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin iclası keçirilib.

Komitədən Mia.az-a verilən məlumata görə, iclasda Paralimpiya Oyunlarının yekunları və XVI Tokio Yay Paralimpiya Oyunlarına hazırlıq haqqında məsələ müzakirə edilib.

İclasda XV Yay Paralimpiya Oyunlarına hazırlıqla baglı görülmüş işlər, keçirilmiş yarışların nəticələri, bu sahədə baş məşqçi və idmançıların fəaliyyəti geniş təhlil olunub. Əldə olunmuş nailiyyətlərlə yanaşı, bir sıra idman növlərində ciddi nöqsanlara yol verildiyi xüsusi qeyd edilərək, həmin idman növləri üzrə baş məşqçilər vəzifələrindən kənarlaşdırılıblar:

"Daha sonra Güllə atıcılığı, Atletika, Kamandan oxatma, Boccia və Stolüstü tennis idman
növləri üzrə yeni baş məşqçlər təyin olunublar. 

Beləliklə, ikiqat Paralimpiya çempionu Oleq Panyutin atletika, İbrahim İbrahimov cüdo idman üzrə növü üzrə kişilərdən ibarət komandanın, Paralimpiya çempionu Ramin İbrahimov bu idman növündə qadınlardan ibarət komandanın, Qarabağ müharibəsi əlilləri Əkbər Muradov Güllə atıcılığı, İlham Məhərrəmov Boccia idmanı, Allahverdi Culfayev üzgüçülük, Qubuşova Ruqiyyə stolüstü tennis, Hacızadə Tərlan Oturaq voleybol, Asəf Məlikov Qılıncoynatma, İlqar İbişov Pauerliftinq, Zahir Abdullayev Qolbol, Aleksandr Barabanov Avarçəkmə və  Natiq Abbasov Kanandan oxatma idman növü üzrə milli komandaların baş məşqçləri təyin ediliblər".

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR