Naxçıvan Dubay və diqər azad iqtisadi zonalar səviyyəsinə yüksələ bilər

img

27-11-2016 [10:25]


Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi İlham Əliyevin İslam Əmkəkdaşlıq Təşkilatına, Azərbaycana və Naxçıvana böyük töhfəsi olacaq.

Naxçıvanın İslam dünyasının böyük paytaxt şəhərlərindən biri səviyyəsinə yüksəlmək imkanları yaranacaq.

Öncə Naxçıvanın Azərbaycanın Gəncə və Sumqayıt kimi şəhərləri sırasına yüksəlmək imkanları olacaq. Daha sonra Naxçıvan onları da qabaqlayacaq. Naxçıvan təhsil, elm və böyük mədəniyyət mərkəzi olacaq.

Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olması nəhəng maliyyə resursları olan İslam ölkələrinin Naxçıvana böyük maliyyə yatırımları ilə nəticələnə bilər.

Bununla Naxçıvan tamamilə blokada vəziyyətindən çıxa bilər.

O zaman Naxçıvanı Türkiyə ilə birləşdirən Sədərək körpüsü- Heydər Əliyevin saldırdığı Ümid körpsü həm də İnkişaf körpüsü olacaq.

Naxçıvanın blokada vəziyyətindən çıxması və yüksək inkişafı Qarabağ probleminin həll olunması yolunda da mühüm addım olacaq.

Naxçıvanın inkişafı Azərbaycanın da inkişafında mühüm rol oynayacaq.

Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılığa doğru inkişafı Azərbaycan və Naxçıvan iqtisadiyyatının yüksəlməsinə yardım edəcək. Naxçıvanın bilavasitə Rusiya ilə və İƏT ölkələri ilə iqtisadi əlaqələr qurmaq imkanları yaranacaq.

Yaxşı olar ki, 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilən Naxçıvan həm də azad iqtisadi zonaya çevrilsin.

O zaman Naxçıvanda işsizlik tamamilə ləğv olunacaq. Naxçıvana Azərbaycanın hər yerindən işçi qüvvəsi axını başlayacaq. Naxçıvan Dubay və digər azad iqtisadi zonaların səviyyəsinə yüksələcək.

Yuxarıda sadaladığım imkanların reallaşdırılması İƏT-in Azərbaycanla və Rusiya ilə əlaqələrində yeni və mühüm dönəm yaradacaq.

Prof.Dr. Qüdrət İsaqov



Digər xəbərlər
SON XƏBƏRLƏR