Sumqayıtda insan alveri mövzusunda ictimai dinləmə keçirilib - FOTOLAR

img

27-11-2016 [11:23]

Sumqayıtda Xeberle.com saytı ("Xəbərlə” MMC) və "168 saat” qəzetinin təşkilatçılığı ilə "Sumqayıt şəhəri və yaxın regionlarda insan alverinə qarşı mübarizə sahəsində ictimai dəstəyin gücləndirilməsinə yönəlmiş tədbirlər” layihəsi çərçivəsində ictimai dinləmə keçirilib.

Bu layihə ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən "Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV Faza” Layihəsi çərçivəsində reallaşıb.

İctimaiyyət nümayəndələrinin, tələbə gənclərin, QHT və KİV təmsilçilərinin iştirak etdiyi tədbirdə"Xeberle.com” saytının redaktoru, layihə rəhbəri Ramil Zeynallı layihənin mahiyyəti, məqsədləri barədə iştirakçılara ətraflı məlumat verib. O, bildirib ki, layihənin əsas məqsədi insan alveri və məcburi əmək qurbanlarını və potensial qurbanları maarifləndirmək, Sumqayıt şəhərində və regionda insan alveri ilə bağlı məlumatları toplamaq, araşdırmaq, nəticələr barədə məlumatlar dərc etmək, insan alverinə qarşı mübarizə sahəsində KİV-lərlə mərkəzi və yerli dövlət orqanları, bələdiyyələr arasında əməkdaşlığı inkişaf etdirmək, eləcə də jurnalistlərin yeni bilik və bacarıqlara yiyələnməsinə nail olmaqdır.

Daha sonra layihə üzrə huquqi yardım məsələləri üzrə mütəxəsis Ruslan Mustafazadə insan alverinin qurbanlarının və potensial qurbanlarının hüquqları, insan alveri ilə bağlı mövcud qanunvericilik və məhkəmə təcrübələri barədə fikirlərini bölüşüb, bir sıra zəruri məlumatları diqqətə çatdırıb.

"Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva insan alveri qurbanlarının üzləşdiyi təcridetmə, psixoloji təzyiq problemlərindən bəhs edib, bu sahədə atılmalı olan addımlar barədə danışıb.İctimai dinləmədə iştirak edənlər də öz fikirlərini bölüşüb, onları narahat edən məsələlərdən bəhs ediblər, bir sıra məsələlərlə bağlı ekspertlərin münasibətini öyrəniblər.

Sonda iştirakçılara mövzuya uyğun olaraq materiallar, buklet və broşuralar paylanıb, sosial çarx nümayiş etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR