Məcburi köçkünlərin telefon güzəşti ləğv olunub

img

26-11-2016 [11:08]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən (BTRİB) məcburi köçkün abunəçilərinə 2 aydır ki, hədə mesajları göndərilir, yaranan aylıq abunə haqqı borcunu ödəmədikləri təqdirdə nömrənin bağlanacağı və ya ləğv ediləcəyi barədə xəbərdarlıq edirdilər.

Mia.az xəbər verir ki, "Bizim Yol” qəzetinin yaydığı məlumata görə, bugündən artıq xəbərdarlığı da dayandırıb, telefonları birtərəfli qaydada bağlayıblar. 7.5 manatlıq aylıq abunə haqqı borcunu əsas gətirirlər: 

"BTRİB-dən gələn son absurd mesajda yazılır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu ilin oktyabr ayında göndərdiyi məktuba əsasən avqust ayının 1-dən abunə haqlarının ödənişi köçkün abunəçilər tərəfindən ödənilməlidir. Yəni, Komitə ona həvalə olunan pulu ödəməyi 3 ay əvvəl qanunsuz olaraq dayandırdığını 3 ay sonra bildirib”.

Qəzet yazır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin maliyyə şöbəsinin rəisi Tofiq Şamilzadənin adından telefon qovğaqlarına daxil olan məktubda yazılır ki, "maliyyə çətinliyi ilə əlaqədar olaraq 1 avqust 2016-cı il tarixindən köçkünlər üçün abunə haqqının ödənişi dayandırılıb. Abunə haqlarının abunəçilərin özləri tərəfindən ödənilməsini təklif edirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR