Sabah Maliyyə Bazarlarına Nəzarət Palatasında imtahan olacaq

img

24-11-2016 [14:48]


Sabah, saat 10:00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) inzibati binasında sığorta şirkətlərində aktuari işləmək istəyənlər üçün imtahan keçiriləcək. 

Bu barədə Mia.az-a Palatadan bildirilib. Məlumata görə, imtahan "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları"nın 4.1-ci bəndinə əsasən baş tutacaq. Attestasiyada iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur. İmtahan verəcək şəxslər aşağıdakılardır:

1) Tamella Rəfail qızı Əhmədova;
2) Afət Oqtay qızı Həsənova;
3) Aidə Fəxrəddin qızı Abdurəhmanova;
4) Elçin Nizami oğlu Əsədzadə.

Digər xəbərlər
SON XƏBƏRLƏR