Akim Bədəlov “CPECC” şirkətinin nümayəndə heyətini qəbul edib

img

24-11-2016 [14:26]


Dövlət Agentliyinin sədri cənab Akim Bədəlov cari ilin noyabr ayında CPECC şirkətinin nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Dövlət Agentliyinin sədri2015-ci il 7 dekabr tarixində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə Çin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində tədbirlərinvə xüsusilə bu sırada Pirallahı Külək Parkı layihəsinin həyata keçirilməsinin hər iki dövlət qurumu üçün vacib olduğunu qeyd edib.

Eyni zamanda CPECC şirkətinin nümayəndə heyətinin rəhbəri cənab Xuye Danfeng "Azalternativenerji” MMC ilə "CPECC” şirkəti arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulamış və Xəzər dənizi akvatoriyasında tikintisi nəzərdə tutulan 200 MVt-lıq "Pirallahı Külək Parkı” layihəsinin icrası üzrə görülmüş işlər haqqındaətraflı məlumat vermişdir.

Tərəflər Azərbaycan Respublikasında və digər ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparmış və müvafiq razılıq əldə etmişlər. Dövlət Agentliyinin sədri cənab Akim Bədəlov və CPECC şirkətinin nümayəndə heyətinin rəhbəri cənab Xuye Danfeng ikitərəfli əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliklərini bildirmişlər.



Digər xəbərlər
SON XƏBƏRLƏR