23-11-2016 [10:20]
"Badamdar qəsəbəsində uzun illərdən bəri saxta sərəncamlarla zəbt olunmuş torpaq sahələrinin təmizlənməsi, qanunsuz aparılan tikintilərin sökülməsi işlərinə başlanıb və bu işlər sürətlə həyata keçirilir”.
Bunu Səbail Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Vüqar Məmmədov deyib. İcra Hakimiyyətinin mətbuat xidmətinə danışan V. Məmmədov bildirib ki, bəzi şəxslər ərazidə vaxtilə böyük torpaqlar zəbt edib, saxta sərəncamlarla ərazini özlərinin qeyri-rəsmi biznesinə çeviriblər. İndi də əllərində olan saxta sərəncamları köhnə tarixlərlə vətəndaşlara satmağa çalışırlar: "Təbii ki, biz də bunun qarşısını alırıq. Bu praktika əvvəl olub, amma bu gün qəti şəkildə qarşıya məqsəd qoyulub ki, bu qanunsuzluqlara son qoyulsun. Biz buna mane olanda həmin şəxslərin maraqlarına toxunur və onlar mətbuatda öz mənafelərinə uyğun yalan məlumatlar yayırlar. Hər dəfə biz bu işlərə başlayanda, onlar İcra Hakimiyyətini mətbuatda qaralamağa çalışırlar. Bunları da əsasən biz bilirik kimlərdi. Bu proses dövlət tərəfindən nəzarətlə həyata keçirilir. Bilrisiniz, elə şəxslər var ki, yamaclarda, digər sürüşmə zonası sayılan ərazilərdə iaşə obyektləri, mağazalar tikiblər. Təbii ki, belə hallar yol verilməzdi”.
İcra nümayəndəsi deyib ki, bu ərazilərdə dövlət proqramına uyğun olaraq yaşıllıq sahələrinin salınması nəzərdə tutulur və bu proses artıq gedir: "Badamdar qəsəbəsi 3-cü yaşayış massivində daha 6 hektar yer təmizlənib və orada zeytun ağacları ilə eyni qaydada yaşıllıq salınması işləri gedir. Artıq bu məsələlərin gündəmdən çıxarılmasının vaxtı çatıb və biz yəqin ki, Badamdar qəsəbəsində mətbuat konfransının elementləri ilə açıq mikrofon keçirirək ictimaiyyətə də məlumat verəcəyik. Araşdırmalar tam başa çatdıqdan sonra lazım olsa mətbuat konfransında biz konkret olaraq kimlərin adları varsa, onları təqdim edə bilərik. Və açıq müzakirələr aparmaq olar. Burada elə sənədlər var ki, şəxsin öz adına yox başqa şəxslərin adına alınıb”.
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ - FOTOLAR (Yenilənib)
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb