Nadir Qafarzadə stüardessa ilə dava edib - Qalmaqal

img

21-11-2016 [16:20]


Müğənni Nadir Qafarzadə ilə Rusiyanın "Aeroflot” şirkətinin əməkdaşı arasında insident baş verib.

Mia.az xəbər verir ki, hadisənin şahidləri "Qafqazinfo”ya bildirib ki, sənətçi bir həftə əvvəl Moskva-Bakı səfəri zamanı stüardessa ilə mübahisə edib. Mübahisəyə səbəb isə Nadirin əlavə spirtli içki istəməsi olub. Şirkət əməkdaşı isə bunun üçün müğənninin ödəniş etməli olduğunu qeyd edib.

Bundan sonra sənətçi əsəbiləşərək stüardessanı təhqir edib. Hər iki şəxs arasında mübahisə yaranıb.

"Aeroflot” nümayəndəsi isə aidiyyatı orqanlara müraciət edib. Şikayətçi iddia edib ki, Nadir, mübahisə zamanı onu telefonla videoya çəkib.

"Qafqazinfo” məsələ ilə bağlı N. Qafarzadə ilə əlaqə saxlayıb. İfaçı yayılan xəbəri təkzib edib. Sənətçi bildirib ki, o həmin uçuş vaxtı ümumiyyətlə spirtli içki qəbul etməyib: "Hansısa kiçik mübahisə ola bilər, amma bunu dava kimi təqdim etmək düzgün deyil. Ola bilər ki, mən stüardessaya hansısa irad bildirmişəm. Amma bir daha deyirəm ki, dava olmayıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR