Şriftin ölçüsü / 1163 dəfə oxunub

“Ərini əlindən alaram, o tərəfə də keçərəm...” - Sevda

21 Noyabr 2016 [12:30]

"ARB Ulduz”un efirində yayımlanan "Şou məkan” verilişinin növbəti qonağı müğənni Sevda Sanəliyeva olub.

Mia.az xəbər verir ki, Sevda ilk dəfə qızını tamaşaçılara göstərib: "Biz sizi balaca qızımla, Leylamla salamlayırıq. İlk dəfədir ki, balam efirə çıxır, tamaşaçıları salamlayır. İki ay yarımlığından artıq yavaş-yavaş məşhurlaşmağa başlayır. Mən təxminən 3-4 il ara vermək istərdim. Bir övlad tapa bilmirdim, Allah mənə ikisini birdən verdi. Çox şükür. Allah bir sürpriz etsə, yenə də istəyərəm. Beş dəfə də etsə, beş dəfə də istəyərəm”.

Sənətçi uzun müddət övladsız qalmasından, müalicələrindən danışıb:

"Hələ ailə qurmamışdan öncə müalicələr alırdım. Həkim müayinə edəndən sonra demişdi ki, nə vaxtsa ailə qursan, uşağın olmayacaq. Mən illərlə Türkiyədə və Moskvada müalicə aldım. Ancaq heç bir təsiri olmadı. 7 il çox böyük stress keçirdim. Ona görə, bir müddət efirlərdən uzaqlaşdım.

Həkimlərin hamısı eyni cavabı verirdi ki, uşağın olmayacaq. İynə və dərmanlardan uzaqlaşdığım bir vaxtda hamilə oldum. Sən demə, iynə, dərman qəbul etmək lazım deyilmiş. Hər şey Allahın iradəsi ilə imiş”.

Müğənni ilk evliliyinin mənasız bir münasibət üzərində qurulduğunu elə ilk gündən anladığını söyləyir:

"İlk ailəm uğursuz oldu. Daha doğrusu buna ailə də demək olmazdı. Nə yaşadıq ki, nə də gördük? Mən ailə qurduğum günün səhəri başa düşdüm ki, səhv etmişəm. Düzgün insan seçməmişəm. O, mənim üçün düzgün insan deyil, mən də onun üçün.... Bunu başa düşdük və anlaşıb ayrıldıq”.



SON XƏBƏRLƏR