ALP-dən Tofiq bəyə təbrik

img

18-11-2016 [11:56]


Əziz və dəyərli Silahdaşımız Tofiq bəy!

Bu gün Sizin 60 yaşınız tamam olur.

Biz, ALP lideri başda olmaqla bütün liberallar Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə poladdan möhkəm cansağlığı, uzun, mənalı ömür, şəxsi və siyasi fəaliyyətinizdə böyük uğurlar diləyirik.

Siz yeniyetmə yaşlarınızdan heç bir çətinlikdən çəkinməyərək, hər cür əziyyətə qatlaşaraq ali təhsilli mühəndis ixtisasına yiyələnmiş və Azərbaycan Politexnik İnstitutunda müəllimlik fəaliyyətinə başlamışsınız.

Bundan sonra Moskvada aspiranturanı bitirib müdafiəyəyə hazırlaşarkən, mərhum atanızı itirdiyinizdən elmi fəaliyyətinizi yarımçıq qoymağa məcbur olsanızda, həyatda özlərini təsdiq etmək üçün bacı-qardaşlarınıza böyük dayaq olmuşsunuz.

Sizin gözəl ailə başçısı olmağınız iki vətənpərvər, mübariz, dərin biliyə və geniş dünyagörüşünə malik oğullarınızın və sevimli nəvələrinizin tərbiyəsində özünü bir daha göstərməkdədir.

Siz həmçinin müxtəlif sahələrdə mühəndislik fəaliyyətinizi davam etdirməklə yanaşı ikinci ali təhsili alaraq, politoloq ixtisasına yiyələnmişsiniz.

Xalqımız Milli Azadlıq Hərəkatına başlayarkən bir vətəndaş kimi öz mənəvi borcunuzu onun sıralarında ləyaqətlə yerinə yetirmişsiniz.

ALP-nin yarandığı ilk zamanlarda saf əqidəniz, mübarizliyiniz, xalqımıza xidmət əzminiz Sizi onun sıralarına gətirmişdir.

Siz patiyanın sədr müavini və püxtələşmiş siyasətçi kimi uzun illər gecəni gündüzə qatıb, 100 min kilometrlərlə yol qət edərək, yorulmadan yerli şöbələrin strukturlaşmasında, möhkəmlənməsində, həmçinin prezidentliyə və deputatlığa namizədlərimizin seçki kampaniyalarındakı uğurlarına danılmaz tövhələr vermişsiniz.Analitik zəkanız, alicənablığınız, siyasi əqidənizə sadiqliyiniz, dürüstlüyünüz, silahdaşlarınızla xoş rəftarınız və onlara olan doğmalıq hissiniz Sizə partiya üzvlərinin böyük rəğbətini qazandımışdır.

Məhz belə ali keyfiyyətlərinizə görə Siz "dostunu göstər, deyim sən kimsən” deyiminin doğruluğunu təsdiq edən şəxsiyyətlərdənsiniz.

Hörmətli Tofiq bəy!

Sizi və ailə üzvlərinizi bu Əziz Gün münasibətilə bir daha ən xoş arzularla təbrik edirik!


Digər xəbərlər
SON XƏBƏRLƏR