Baş ginekoloq: “Vaxtından əvvəl doğuşlar ana və uşaq ölümlərinə səbəb ola bilər”

img

17-11-2016 [13:08]


"Azərbaycanda hər il gerçəkləşən 2-3 min doğuşun 10 faizi vaxtından əvvəl doğuş olur”. 

 APA-nın xəbərinə görə, bunu respublikanın baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova deyib. Vaxtından əvvəl yaşanan doğuşların ana və uşaq ölümlərinə səbəb ola biləcəyini deyən S. Məmmədova qeyd edib ki, bu da hamiləlikdən öncəki hazırlıqdan asılıdır. 

Onun sözlərinə görə, hamiləliyin ilk günündən həkim nəzarətində qadınlarda ana və uşaq ölümlərinə az rastlanır. Erkən doğuşların səbəblərinin müxtəlif olduğunu deyən S. Məmmədova bildirib ki, əsas səbəblərdən biri hamiləliyə düzgün nəzarət olunmamasıdır: «İkinci səbəb hamiləlikdən əvvəl ananın səhhətindəki problemlər, üçüncü qrup səbəblər isə hamiləlik vaxtı meydana gələn problemlərdir. Son illər Azərbaycanda yüksək texnologiyanı istifadəsi, süni mayalanma mərkəzlərinin meydana gəlməsi, irsi xəstəliklərin tez bir zamandan aşkarlanması ilə əlaqədar diaqnostika yaxşılaşdığından erkən doğuş hallarının qeydiyyatı tam əhatə olunur». S. Məmmədova vurğulayıb ki, analar vaxtından əvvəl doğulan körpələrinin sağlamlıqlarını daim nəzarətdə saxlamalı, peyvəndlərini vaxtında vurdurmalı, ildə bir dəfə mütləq şəkildə dispanserizasiyadan, dövrü müayinələrdən keçməlidirlər, hər hansı bir xəstəlik olanda səhlənkar yanaşmamalıdırlar. Onun sözlərinə görə, hər cütlük nikahdan əvvəl müayinədən, hamiləlik baş tutduqdan sonra qadın məsləhətxanalarında qeydiyyatdan keçməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR