Gömrükçülər 13200 ədəd pirotexniki vasitə aşkarladı

img

17-11-2016 [12:47]


Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Mia.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən hər birində 600 ədəd olmaqla 22 qutu, ümumilikdə isə 13200 ədəd pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR