“Vətəndaşlar artıq TSEK-lərə müayinə üçün getməyəcək” - Səlim Müslümov

img

17-11-2016 [12:27]


"Vətəndaşlar artıq Tibbi-sosial ekspert komissiyalarına (TSEK) müayinə üçün getməyəcək".

Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə qəbul etdiyi tibbi dəyişikliyə əsasən, artıq ölkədə olan 37 tibbi-sosial ekspert komissiyalarında hər hansı ilkin və təkrar müayinə həyata keçirilməyəcək: "İndi insanlar Səhiyyə Nazirliyinin hər rayonun özündə olan həkim məsləhət komissiyasına gedəcək. Orada onun əlilliyi olub-olmaması müəyyən olunacaq və ona verilən əlilliyin müəyyənləşməsi üçün elektron göndəriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosail Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürüləcək".

Nazir qeyd edib ki, artıq TSEK şifrələnmiş göndərişin hansı səhiyyə müəssisəsi tərəfindən verildiyini və hansı şəxsə aid olduğunu bilmədən, yalnız göndərişdəki məlumatlar əsasında xəstəliyin vəziyyətinə uyğun olaraq əlillik təyin olunub-olunmasına dair qərar qəbul ediləcək.TSEK göndəriş əsasında əlilliyin qiymətləndirilməsini iki iş günü ərzində yerinə yetirəcək".

Onun sözlərinə görə, bununla da TSEK-lərdə olan işçilərlə vətəndaşlar arasındakı əlaqə tamamilə aradan qaldırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR