“Sınıq Körpü” gömrük postu gücləndirilmiş iş rejiminə keçib

img

17-11-2016 [11:59]


Gürcüstanla Rusiya arasındakı magistral yolda əlverişsiz hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələri və avtobusların hərəkəti qadağan edilib. 

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Gürcüstan ərazisindən keçərək Rusiyaya gedən bu qəbildən avtomobillərin təyinat nöqtələrinə çatması üçün Azərbaycan ərazisindən keçəcəyi və müəyyən sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü” gömrük postu qabaqlayıcı tədbir kimi gücləndirilmiş iş rejiminə keçib.

Hələlik gömrük postunda heç bir sıxlıq müşahidə olunmur.

Digər xəbərlər
SON XƏBƏRLƏR